• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu rayonun qaz təchizatında fasilə olacaq

CƏMİYYƏT

08 Avqust 2024 | 09:23 | Müəllif: Əli Hüseynov

Bu rayonun qaz təchizatında fasilə olacaq

Bu gün Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 08.08.2024-cü il tarixində saat 10:00-dan işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026