Göyçayda zəhərlənmə şübhəsi olan ailənin üzvləri ilkin tibbi müdaxilədən sonra xəstəxanadan evə buraxılıb.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub. İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.
***19:57
Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Bakıvaxtı.az bildirir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır./apa