• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu stansiyalar arasında hərəkət qrafiki dəyişəcək 

CƏMİYYƏT

04 Noyabr 2023 | 15:03

Bu stansiyalar arasında hərəkət qrafiki dəyişəcək

“Həzi Aslanov” stansiyasında işlər mərhələli şəkildə aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, Birinci mərhələdə stansiyanın sərnişinlər üçün bağlanması gündəmdə deyil. Lakin qatarların hərəkət qrafiki dəyişdiriləcək.

“Həzi Aslanov və “Əhmədli” stansiyaları arasında məkik, yəni “Cəfər Cabbarlı-Xətai” sahəsində olduğu kimi hərəkət təşkil ediləcək. Stansiyanın bağlanması yalnız onun platforma səviyyəsi və digər infrastrukturunun təmiri zamanı ola bilər", - deyə o, əlavə edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR