• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu tarixdən hava sabitləşəcək

CƏMİYYƏT

08 Avqust 2022 | 19:21

Bu tarixdən hava sabitləşəcək

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxıb, arabir yağış yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 8-dən 9-a keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı  var. Mülayim cənub- şərq küləyi əsəcək. Havanın  maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi ehtimalı var. 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın  maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026