Nəqliyyat vasitəsinə görə cərimə olunan vətəndaş Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsini məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Ağayev Yunis Rüstəm oğlu sözügedən idarənin qərarından Biləsuvar Rayon Məhkəməsinə şikayət edib.
Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsini İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəyə əsasən cərimə protokolu tərtib edib.
Həmin maddəyə görə, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.
İbRa
Xaricdən avtomobil gətirdi, peşman oldu: Gömrükdən ŞİKAYƏT
CƏMİYYƏT
07 Sentyabr 2022 | 17:17

SON XƏBƏRLƏR
27 Noyabr 2026








jpeg-1665145990.webp)






