"Pfizer, BioNTech və Moderna peyvəndlərinin ürək əzələsinin iltihabına və infarkt keçirilməsinə səbəb ola biləcəyinə dair bəzi sübutlar ortaya çıxıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu kardiologiya mütəxəssisi Dr. Ahmet Karabacak deyib.
Onun sözlərinə görə, pandemiya arxada qalsa da, sual işarələri, ziddiyyətlər, Covid-19 peyvəndinin effektivliyi və etibarı ilə bağlı problemlər davam edir: “Pandemiyadan sonra bütün dünyada infarkt halları artdı. Həm koronavirus, həm də peyvəndi bunun üçün günahlandırılırlar. Elmi ədəbiyyat araşdırıldıqda məlum olacaq ki, bütün dünyada pandemiyadan sonra infarkt halların 50% artıb”.
Həkim qeyd edib ki, infarktın baş vermə yaşı da azaldılıb: “İndi infarktlar gənc yaşlarda baş verməyə başlayır. Pandemiyadan sonra 25-44 yaş qrupunda infarkt halları artıb. Peyvəndlərlə bağlı araşdırmalarda MRNA peyvəndləri ilə bağlı daha çox sual işarəsi var. Pfizer, BioNTech və Moderna peyvəndlərinin ürək əzələsinin iltihabına və infarkt keçirməsinə səbəb ola biləcəyinə dair bəzi sübutlar ortaya çıxıb. Peyvəndlərin effektivliyi və etibarlılığı haqqında hələ dəqiq məlumat yoxdur. Peyvəndlərə görə infarktların olduğu bildirilir. Əslində, o vaxt ABŞ-da peyvənddən bir neçə saat sonra baş verən infarkt halları bildirilmişdi".
A.Karabacak bildirib ki, İsraildə aparılan bir araşdırmaya görə, peyvənd olunmayan şəxslərdə Covid-19 infeksiyasından sonra miokardit və perikardit hallarında ciddi bir artım olmasa da, peyvənddən sonra ürək əzələsinin iltihabı mənasını verən miokardit halları artır: “Hindistanda aparılan bir araşdırmaya görə, son 3 ayda koronar trombüs səbəbiylə infarkt keçirən xəstələrin yüzdə 42-si koronavirusa qarşı peyvənd olunub. Fransada aparılan araşdırmaya görə, Oksford Astrazeneca peyvəndindən sonra infarkt və ağciyər emboliyası halları artıb. Pfizer, BioNTech və Moderna vaksinlərindən sonra yaranan laxtalanma pozğunluqları səbəbindən xəstəxanaya yerləşdirmə və ölüm halları qeydə alınıb. Həmçinin Covid-19 peyvəndlərindən sonra tromboemboliya xəstəliyinə çox tez-tez rastlanılır”.
Həkim əlavə edib ki, pandemiyadan sonra infarkt hallarının artmasına səbəb olan bir çox şey var: "Bunlardan bəziləri xəstəxanalarda yerlərin dolması ilə əlaqədar profilaktik və müdaxilə kardiologiya xidmətinin pozulması, nəticədə oturaq həyat tərzinə keçməkdir. Epidemiyanın yayılmasının qarşısını almaq üçün edilən “evdə qal” çağırışları, maskadan istifadə səbəbiylə xroniki hipoksiya, emosionallıq artdı. Bunlara stress, yeni növ koronavirus infeksiyası səbəbindən damar iltihabı və Covid-19 peyvəndlərinin yan təsirlərini də aid etmək olar".
Ay Tac