"Süd vəzi xərçəngi qadın onkoloji xəstəlikləri arasında birinci yer tutur. Dünyada hər səkkiz qadından biri bu xəstəlikdən əziyyət çəkir. Hər il minlərlə qadın süd vəzi xərçəngindən dünyasını dəyişir".
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.
O bildirib ki, qadınlar vaxtında müalicəyə cəlb olunduqda onların müalicədən sonra 5 illik yaşama şansı 90-99 faiz arasındadır:
"40-69 yaşarası bütün qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Süd vəzi xərçəngi ilə mübarizədə maarifləndirmə çox vacibdir. Erkən aşkarlanma mammoqrafiya nəticəsində müəyyən olunur. Bu çox sadə bir müayinədir. TƏBİB tərəfindən iki mobil mammoqrafiya cihazı vasitəsilə respublikada müayinələr aparılır".
Bakı 


