Son zamanlar getdikcə populyarlaşan burun əməliyyatları insanlara istədikləri burun formasına sahib olma fürsəti versə də, əməliyyatdan sonra nəzərə alınması lazım olan bir sıra mühüm amillər var.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, Op. Dr. Gökhan Gürbüz burun əməliyyatından sonra xəstələrin əməl etməli olduğu bəzi ehtiyat tədbirlərini açıqlayıb.
Həkim qidalanma, gigiyena, çimmək və infeksiya məsələlərinə diqqət çəkib: “Əməliyyatdan sonrakı dövrdə sağalma prosesində orqanizmə dəstək olmalıdır. Bol su içmək bədəndəki maye itkisini tarazlayaraq ödem əmələ gəlməsini azalda bilər. Eyni zamanda, proteinlə zəngin bir pəhriz toxumaların bərpasına kömək edə bilər. İlk günlərdə yüngül qidalara üstünlük verilməli, isti mayelərdən uzaq durulmalıdır. Əməliyyatdan sonra duş burundakı gipsin çıxarılmasını gözləyən bir prosesi əhatə edir. Orta hesabla, bir həftə davam edə bilən bu prosesin sonunda ilıq su ilə vannalar tövsiyə edilir. Bununla belə, suyun istiliyinə diqqət yetirilməli, burun damarlarına zərər verməmək üçün orta temperaturda olmalıdır”.
Onun sözlərinə görə, hər hansı bir cərrahi müdaxilədə olduğu kimi, burun əməliyyatları da infeksiya riskini daşıyır: “İnfeksiya əlamətləri qızartı, ödem, ağrı, artan temperatur və rəng dəyişiklikləri ilə baş verir. Bu simptomlarla qarşılaşsanız, dərhal bir mütəxəssisə müraciət etmək vacibdir. Sağalma prosesi insandan insana fərqli olsa da, əməliyyatdan sonra 5-7 gün ərzində ödem bütünlüklə azalır. Bununla belə, burnun son formasını alması bir il çəkə bilər. Bu prosesdə səbir mühüm amildir. İlk günlərdə duş qəbul etməkdən çəkinmək lazımdır. Qidalanmaya fikir verilməli, sağlam qidalara üstünlük verilməlidir. Toplardan istifadə edən idman fəaliyyətlərindən yayınmaq, ilk 3 ay ərzində ağır təsirlərdən qaçınmaq lazımdır”.
Gökhan Gürbüz deyib ki, burun əməliyyatından sonra xəstələrin həkimlərinin verdiyi göstərişlərə əməl edərək sağalma prosesinə töhfə vermələri vacibdir. Hər bir xəstə fərqlidir, ona görə də fərdi yanaşma əməliyyatın uğurla başa çatmasına kömək edə bilər.
Ay Tac















