AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə. buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.















