• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bütün ukraynalılara pul veriləcək

DÜNYA

26 Oktyabr 2024 | 00:31 | Müəllif: Subhan Mahmudov

Bütün ukraynalılara pul veriləcək

Ukraynada yeni sosial proqram həyata keçiriləcək. Dekabrın 1-dən ölkənin hər bir sakininə min qriven ödəniləcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında dərc olunan müraciətində bildirib.

"Adam başına min qriven - bir ailə üçün bir neçə minə başa gələcək", - deyə Zelenski qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu pul “Ukrayna məhsul və xidmətlərinin, o cümlədən kommunal və elektrik enerjisinin ödənilməsinə xərclənə bilər”.

O qeyd edib ki, bu vəsait həm də qatar biletləri, Ukrayna dərmanları, Ukrayna dilində kitablar almaq üçün də istifadə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR