• Bakı 19° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Çadda daşqınlar 340 nəfərin həyatına son qoyub

DÜNYA

10 Sentyabr 2024 | 16:03

Çadda daşqınlar 340 nəfərin həyatına son qoyub

Çadda daşqınlar nəticəsində ən azı 340 nəfər həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke Cenevrədə keçirilən brifinqdə bildirib.

"Keçən ayın sonunda biz Çadda 964 mindən çox insanın leysan yağışları və şiddətli daşqınlardan zərər çəkdiyini bildirdik. Çad səlahiyyətlilərinin məlumatına görə, hazırda bu rəqəm təxminən 1,5 milyon nəfərə çatıb, ən azı 340 nəfər isə ölüb.

OCHA 3,4 milyon insanın artıq kəskin aclıqla üzləşdiyi ölkədə ərzaqla bağlı vəziyyətin pisləşəcəyini proqnozlaşdırır ki, bu da Çadda bu günə qədər qeydə alınmış ən yüksək ərzaq təhlükəsizliyi səviyyəsidir.

İdarə BMT fondundan əlavə vəsait ayıraraq cavab tədbirlərinin maliyyələşdirilməsini 5 milyon dollardan 8 milyon dollara çatdırıb.


SON XƏBƏRLƏR