• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Cavad Zərif Bakıdan İrəvana getdi

GÜNDƏM

26 May 2021 | 10:17

Cavad Zərif Bakıdan İrəvana getdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda rəsmi səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Ermənistan XİN rəhbəri Ara Ayvazyan həmkarını “Zvartnots” hava limanında qarşılayıb.

Zərif Ayvazyanla təkbətək və genişləndirilmiş nümayəndə heyətləri tərkibində danışıqlar aparacaq.

Səfər çərçivəsində o, Prezident Armen Sarkisyan və müvəqqəti Baş nazir Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif mayın 25-də Azərbaycanda rəsmi səfərdə olub, Prezident İlham Əliyev tərəfindən qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026