“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.
Bakıvaxtı.az xəbər verir ki, QSC sədri həm Azərbaycandakı, həm də xaricdəki yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.
Məlumata görə, Cavid Qurbanov “Topaz”dakı payını da satmaq istəyir və bunun üçün alıcı da axtarır.
Cavid Qurbanov tikdirdiyi və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşması da gündəmə gələ bilər.
Yenicag.az
Cavid Qurbanov İFLAS HƏDDİNDƏ: "Dəmiryolları"nın şefi əmlakını satışa çıxarıb - İDDİA
GÜNDƏM
07 Iyul 2021 | 15:23

SON XƏBƏRLƏR
22 Noyabr 2026
21 Noyabr 2026















