• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusa yoluxmada gözlənilməz ARTIM

GÜNDƏM

05 Avqust 2021 | 20:51 | Müəllif: Subhan Mahmudov

Koronavirusa yoluxmada gözlənilməz ARTIM

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib, aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.


Koronavirusa yoluxmada gözlənilməz ARTIM
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026