• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? - RƏSMİ

GÜNDƏM

03 Sentyabr 2021 | 14:57 | Müəllif: Subhan Mahmudov

Radikal qruplaşmanın liderini Azərbaycan sərhədçiləri saxlayıb? - RƏSMİ

Azərbaycan-Rusiya dövlət sərhədində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Vladislav Pozdnyakov adlı şəxs saxlanılmayıb.

Bu barədə Bakıvaxtı.az-a DSX-dən bildirilib.

Qeyd edək ki, Rusiyada özünü “Kişi dövləti”nin lideri kimi təqdim edən, radikal-milliyətçi Vladislav Pozdnyakovun Azərbaycana keçmək istəyərkən saxlanılması barədə məlumat yayılmışdı.

“Kişi dövləti” 2016-cı ildə Vladislav Pozdnyakov tərəfindən VKontakte sosial şəbəkəsində yaradılıb. 2017-ci ildə isə təşkilatın regional bölmələri yaranmağa başlayıb. Bununla yanaşı, “VKontakte” 2020-ci ildə təşkilatın səhifəsini zorakılığa çağırış etdiyindən bloklayıb. Bunun ardınca, “Kişi dövləti” öz fəaliyyətini fəal olaraq teleqramda davam etdirməyə başlayıb. “Kişi dövləti” nasionalist və qadınlara qarşı zorakılığa çağırışla bağlı postlar paylaşır və şəbəkə ilə onlara qarşı hücumlar təşkil edir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR