• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Cəbrayılda inşa olunan mənzillər nə vaxt təhvil veriləcək? - VİDEO

İQTİSADİYYAT

25 Aprel 2024 | 09:18

Cəbrayılda inşa olunan mənzillər nə vaxt təhvil veriləcək? - VİDEO

Cəbrayıl şəhərində ümumilikdə 712 mənzili olan 33 bina inşa edilir.

Bakıvaxtı.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİNA) tərəfindən şəhərdə tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir.

Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Bir, iki, üç və dördotaqlı mənzillərin sahəsi minimum 45, maksimum 120 kvadratmetr təşkil edəcək.

Mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı ərazidə məktəb və xəstəxana da inşa edilir. Burada istirahət guşələri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək.

Yaşayış kompleksində inşa olunan binaların 28-də hazırda dam, fasad və kosmetik işlər yerinə yetirilir. Qalan beş binada isə tikinti-quraşdırma işləri həyata keçirilir.

Altı kvartaldan ibarət kompleksin inşasının tezliklə yekunlaşacağı, bu il şəhərə sakinlərin köçürüləcəyi bildirilir.

Ətraflı süjetdə:


SON XƏBƏRLƏR

03 May 2024