• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda 101 yaşlı seçici səs verdi

CƏMİYYƏT

07 Fevral 2024 | 16:02

Cəlilabadda 101 yaşlı seçici səs verdi

Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib.

H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır. Həmin dairə üzrə 51 min 348 seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2 740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.


Cəlilabadda 101 yaşlı seçici səs verdiCəlilabadda 101 yaşlı seçici səs verdiCəlilabadda 101 yaşlı seçici səs verdiCəlilabadda 101 yaşlı seçici səs verdiCəlilabadda 101 yaşlı seçici səs verdiCəlilabadda 101 yaşlı seçici səs verdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026