• Bakı 14° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Cəlilabadda 3200 abonentin qazı kəsiləcək

CƏMİYYƏT

25 Noyabr 2025 | 12:32

Cəlilabadda 3200 abonentin qazı kəsiləcək

Sabah Cəlilabad şəhərində 3200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır.

Bununla əlaqədar noyabrın 26-da saat 10:00-da şəhərin H.Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi, Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, 8 Mart, M. F. Axundov, M. Ə. Sabir, Babək, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələri də daxil olmaqla ümumilikdə 3200 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.


SON XƏBƏRLƏR

24 Noyabr 2025