• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Çexiyada qatarlar toqquşub, 2 nəfər ölüb, 50 nəfər yaralanıb

CƏMİYYƏT

04 Avqust 2021 | 12:55

Çexiyada qatarlar toqquşub, 2 nəfər ölüb, 50 nəfər yaralanıb

Çexiyanın qərbində yerləşən Domajalise şəhərinin Milavçe kəndi ərazisində sərnişin qatarlarının toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si ağır olmaqla 50-yə yaxın insan yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında ölkənin Xilasedicilər və Yanğınsöndürənlər Xidməti Birliyinin nümayəndəsi Peter Ponsar bildirib.

Hadisə avqustun 4-də baş verib. Onun sözlərinə görə, yaralılardan 31-nin xəsarətləri elə də təhlükəli deyil.

Çexiya Baş nazirinin müavini, sənaye-ticarət naziri və nəqliyyat nazirləri qəza yerinə gediblər.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026