• Bakı 10° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Çexiyaya yeni Baş nazir təyin edilib

DÜNYA

09 Dekabr 2025 | 12:33

Çexiyaya yeni Baş nazir təyin edilib

Çexiya prezidenti Petr Pavel ANO (Narazı vətəndaşların aksiyası) siyasi hərəkatının sədri Andrey Babişi Baş nazir təyin edib. 

Bakıvaxtı.az xəbər verir ki, mərasim Praqa qəsrində baş tutub.

Çexiya Prezident Administrasiyasının mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Pavel yaxın günlərdə Babişin kabinetinə nazirlər təyin edəcək. ANO lideri prezidentin göstərişi ilə öz hərəkatının, həmçinin SPD (Azadlıq və Birbaşa Demokratiya) və Motoristé (Avtomobilçilər) siyasi hərəkatlarının nümayəndələrindən hökumət qurur. Bu siyasi qüvvələr parlamentin 200 deputatından 108-nin dəstəyinə malikdir. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2026