• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ceyhun Bayramov Küveyt səfiri ilə görüşdü

SİYASƏT

29 Dekabr 2021 | 20:32 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Küveyt səfiri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini və iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu söyləyib. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026