• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Çin ABŞ-a ultimatum verdi

DÜNYA

29 Iyun 2023 | 21:10

Çin ABŞ-a ultimatum verdi

Çin müdafiə nazirlərinin danışıqları ilə bağlı ABŞ-a ultimatum verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penyu danışıb.

Onun sözlərinə görə, Amerika tərəfi Çinlə münasibətlərdəki çətinliklərin səbəbini bilir:

“Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqları mümkün etmək üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edib. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”.

Qeyd edək ki, 2018-ci ildə ABŞ Rusiyadan 10 ədəd “Su-35” döyüş təyyarəsi və “S-400” zenit-raket kompleksi üçün avadanlıq aldığı üçün Li Şanfuya qarşı sanksiyalar tətbiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR