"Ticarət mübahisələri artarsa, Çin Avropa Birliyinə cavab verə bilər".
Bakıvaxtı.az "Yuyuan Tantian"a istinadən xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqı Ticarət Palatası açıqlama verib.
Açıqlamada Çin eskalasiya əlamətləri göstərən ticarət mübahisəsində Avropa Birliyinə qarşı qisas ala biləcəyinə işarə edib.
Bildirilib ki, Avropa Birliyinin Çin şirkətləri ilə bağlı araşdırmalarını davam etdirməsi Çinin bir sıra tədbirlər görməsinə səbəb olacaq.
Gülşən Şərif
















