• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Çin Borrellin Pekinə səfərini təxirə saldı

DÜNYA

04 Iyul 2023 | 16:20

Çin Borrellin Pekinə səfərini təxirə saldı

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin gələn həftə üçün Çinə planlaşdırılan səfəri təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massralı "Reuters"ə bildirib.

“Təəssüf ki, çinli həmkarlarımız bizə məlumat verdilər ki, gələn həftəyə nəzərdə tutulan tarixlər artıq mümkün deyil və biz indi alternativlər axtarmalıyıq”, - o qeyd edib.

Qeyd edək ki, Aİ-nin Ali Nümayəndəsinin Pekinə səfəri iyulun 10-a planlaşdırılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026