• Bakı 15° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Çində hava limanında qalan azərbaycanlılar kömək istəyir - VİDEO

CƏMİYYƏT

19 Aprel 2024 | 17:43

Çində hava limanında qalan azərbaycanlılar kömək istəyir - VİDEO

Azərbaycan vətandaşları Çinin Guangzhou (Quançu) şəhərində Bayun hava limanında qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədili video paylaşıb.

Onun sözlərinə görə, səhər saatlarında uçmalı olan təyyarə uçuşu ləğv edilib və onlara 3 gün gözləməli olduqları bildirilsə də, nə oteldə qalmağa şərait yaradılıb, nə də yemək verilib.

Vətandaşlar səfirliyə ölkəyə qayıtmalarına kömək etmələri üçün müraciət ediblər.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR