• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çində böyük neft ehtiyatları aşkarlanıb

İQTİSADİYYAT

25 Avqust 2021 | 14:07

Çində böyük neft ehtiyatları aşkarlanıb

Çin Milli Neft Korporasiyasının (CNPC) mütəxəssisləri Daçin neft və qaz yatağında (Xeyluçzyan əyalətinin şimal-şərqində) şist neft ehtiyatları aşkar ediblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, xammalın geoloji ehtiyatlarının həcmi 1,27 milyard tondur.

"Proqnozlaşdırılan geoloji ehtiyatlar 1.268 milyard tondur. Bu, Çinin şist neftinin kəşfiyyatı və işlənməsində böyük bir irəliləyişdir ",-məlumatda deyilir.

Çindəki ehtiyatlarına görə ən böyük Daçin neft və qaz yatağı 1959 -cu ildə kəşf edilb. Onun neft ehtiyatları təxminən 5,7 milyard tondur.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026