• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çində zəlzələ anı kameralara belə əks olundu - VİDEO

DÜNYA

23 Yanvar 2024 | 09:18 | Müəllif: Subhan Mahmudov

Çində zəlzələ anı kameralara belə əks olundu - VİDEO

Çinin Çin və Qırğızıstan sərhəddində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ zamanı və ondan sonra panika dolu anlar kameralara əks olunub. 

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, görüntülərdə mənzillərdəki çılçıraqların titrədiyi və yerli əhalinin küçələrə axışdığı görünür.

Məlumata görə, yerli əhali havanın soyuq olmasına baxmayaraq baxmayaraq gecəni küçədə keçirib.

Qeyd olunur ki, zəlzələnin 13 kilometr dərinlikdə olduğu bildirilsə də, təxminən yarım saat sonra bölgədə 5,1, 5,5 və 5,0 bal gücündə təkanlar baş verib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də 4 bal gücündə zəlzələnin Almatıda hiss olunduğunu açıqlayıb. Sosial mediada zəlzələnin hiss olunduğu ölkələrdə küçələrə çıxan insanların görüntüləri diqqət çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026