• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çinin şəhərlərində Azərbaycan ticarət evləri AÇILACAQ

SİYASƏT

22 Aprel 2024 | 11:03

Çinin şəhərlərində Azərbaycan ticarət evləri AÇILACAQ

"Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfrans mövzusunda konfransdakı çıxışı zamanı bildirib.

O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı fürsətlər mövcuddur:

"Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin təminatı və digər məsələlər baxımından çox önəmlidir. Əməkdaşlığımızın genişləndirilməsində rəsmi Pekin və Si Cinpin də çox maraqlıdır. Biz həm "Bir kəmər - Bir yol", həm də alternativ enerji sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz ikitərəfli ticarəti də stimullaşdırır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 43 faiz artıb. Azərbaycandan bir çox tələbə məhz Çində təhsil almağa üstünlük verir. İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənməkdədir. Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026