• Bakı 11° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

COP29-da iştirak edəcək bəzi şəxslər qonaqlama yerləri üçün depozit verməyə bilər

COP29

07 Oktyabr 2024 | 14:29

COP29-da iştirak edəcək bəzi şəxslər qonaqlama yerləri üçün depozit verməyə bilər

Gələn ay Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək bəzi şəxslər qonaqlama yerləri üçün depozit verməyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, Azərbaycan hökuməti iştirakçılar üçün münasib kommersiya qiymətlərə hotel və yaşayış sahələri də daxil olmaqla, adekvat və asanlıqla əlçatan qonaqlama yerləri təşkil edəcək.

Eyni zamanda inkişaf etməkdə olan ölkələrdən olan iştirakçıların tədbirdə asan iştirakını təmin etmək üçün qonaqlama qiymətlərinin adi bazar şərtlərindən kənara çıxılmaması təmin ediləcək.

Bundan başqa, inkişaf etməkdə olan ölkələrdən olan iştirakçılar ağlabatan müddət ərzində xahiş əsasında depoziti qabaqcadan vermək iqtidarında olmasalar belə qonaqlama yerlərində qala biləcəklər.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.\ Report


SON XƏBƏRLƏR

04 Noyabr 2024