• Bakı 19° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

COP29 zamanı bağçalar işləyəcək? - Nazirdən AÇIQLAMA

CƏMİYYƏT

10 Sentyabr 2024 | 11:05

COP29 zamanı bağçalar işləyəcək? - Nazirdən AÇIQLAMA

Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

"Çünki işləyən analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür. Amma ümumilikdə tədbir müddətində bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur", - nazir əlavə edib.


SON XƏBƏRLƏR