• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

CƏMİYYƏT

06 Iyul 2023 | 23:49 | Müəllif: Subhan Mahmudov

COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı yeddi, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə üç nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 127, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 553, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 315 təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026