• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı

İDMAN

27 Mart 2022 | 17:01

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı

Yunanıstanın paytaxtı Afina şəhərində gənclər arasında keçirilən Avropa kuboku turnirində cüdoçumuz Məhərrəm İmamverdiyev qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz finalda ukraynalı rəqibi Stanislav Korçemlyuku məğlub edərək qalib adına layiq görülüb.

Qeyd edək ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında 20 cüdoçu təmsil edir.

Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026