• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Daha 5 milyon insan Ukraynanı tərk edə bilər

DÜNYA

27 Sentyabr 2022 | 20:48

Daha 5 milyon insan Ukraynanı tərk edə bilər

Ukraynada vəziyyətin kəskinləşməsi halında daha 5 milyon insan ölkəni tərk edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova deyib.

O bildirib ki, 24 fevral – 19 sentyabr tarixləri arasında Ukraynanı 8,4 milyon insan tərk edib ki, sonradan onlardan 7,2 milyonu geri qayıdıb. Hazırda isə 1,2 milyon ukraynalı ölkə xaricindədir.

“Daha 5 milyon insan Ukraynanı tərk edə bilər. Müharibə uzanarsa, bu ssenari reallaşacaq. Belə şəraitdə hərbi vəziyyətin ləğvindən sonra kişilərin ukraynalı uşaqlı qadınların yanına köçməyə başlaması riski var”, - deyə o bildirib.


SON XƏBƏRLƏR