• Bakı C

    17.23 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İQTİSADİYYAT

04 Aprel 2025 | 13:55

Daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Aprelin 22 və 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, 1-ci hərraca 64 nəqliyyat vasitəsi, 5 texnika və 5 qoşqu çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1983-2018-ci illəri əhatə edir.

2-ci hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Alman istehsalı olan avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR