• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha bir idmançımız Avropa çempionu oldu

İDMAN

15 Noyabr 2024 | 20:57 | Müəllif: Subhan Mahmudov

Daha bir idmançımız Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançımız 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb.

Aydan Vəliyeva (52 kq) isə həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmada qələbə qazanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026