• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Daha bir məşhur futbolçu karyerasını bitirdi

İDMAN

26 Sentyabr 2021 | 18:32 | Müəllif: Subhan Mahmudov

Daha bir məşhur futbolçu karyerasını bitirdi

Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə "RMC Sport"a özü açıqlama verib. O, ilyarımlıq ədalətsiz dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib. 

Qeyd edək ki, Samir Nəsri "Marsel",  "Arsenal", "Mançester Siti", "Vest Hem",  "Sevilya", "Antalyaspor" kimi klublarda oynayıb. Onun son klubu isə Belçika "Anderlext"i olub.

Xatırladaq ki, Nəsri hələ “Sevilya”da çıxış edərkən ondan dopinq testi götürülb və qanından qadağan olunmuş preparat aşkarlanıb. Buna görə də o, 18 aylıq futboldan uzaqlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026