• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir şadlıq sarayının sahibi cərimələndi

CƏMİYYƏT

11 Dekabr 2021 | 10:32 | Müəllif: Subhan Mahmudov

Daha bir şadlıq sarayının sahibi cərimələndi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026