• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Küləyin sürəti 20 m/s-dək güclənəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

09 Yanvar 2022 | 21:48 | Müəllif: Qalib İbrahimoğlu

Küləyin sürəti 20 m/s-dək güclənəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə güclü külək əsəcəyi barədə xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 10-u səhərdən 11-i səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da yanvarın 10-u səhərdən 11-i səhərədək bəzi yerlərdə qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 10-u axşam bəzi rayonlarda yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026