Dəm qazından iki nəfər zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisənin biri Goranboyda qeydə alınıb. Belə ki, rayonun Alırzalı kənd sakini, .1981 -ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Əli oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüb.
Zəhərlənən kişi xəstəxanaya çatdırılıb.
Digər hadisə isə Göyçayda qeydə alınıb. Rayonun Qızılağac kənd sakini, 1998-ci il təvəllüdlü Məhərrəmova Solmaz Valeh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onun vəziyyətlərinin stabil olduğu bildirilir.
















