Bu gün səhər saatlarında avtobus dayanacağında bir sərnişin ürək tutmasından yerə yıxılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. Belə ki, avtobus gözləyən sərnişinlərdən biri özünü pis hiss edib və qəfildən yıxılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşıb, vətəndaşa təcili tibbi yardım göstərilib.
İmran Qurbanov
















