• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

DÇ-2022:Fransa millisi Polşanı məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB

İDMAN

04 Dekabr 2022 | 20:58

DÇ-2022:Fransa millisi Polşanı məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB

Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsin vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.

Qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə isə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.

Fransa yığması növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.

***20:50

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, Kilian Mbappe 90+1-ci dəqiqədə özünün 2-ci, fransızların isə 3-cü qolunu vurub.

***20:34

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda 2-ci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Kilian Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb.

***20:06

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik Didey Deşamın baş məşqçi olduğu kollektiv hesabda öndədir - 1:0.

***19:47

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, fransızlar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Olivye Jiru vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Olivye Jiru 44-cü dəqiqədə "xoruzlar"ı önə çıxarıb.


***19:01

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***17:59

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar matça aşağıdakı "11-lik"lərlə başlayacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR

24 Aprel 2024