• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

DÇ-2026: Fransa 3 xalı 3 topla qazandı

İDMAN

17 Iyun 2026 | 01:46

DÇ-2026: Fransa 3 xalı 3 topla qazandı

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb 

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

İkinci hissəyə daha fəal başlayan Fransa istəyinə 66-cı dəqiqədə çatıb. Maykl Olisenin mükəmməl ötürməsindən sonra Kilian Mbappe hesabı açıb.

82-ci dəqiqədə Fransa hesab arasındakı fərqi artırıb. Rabiyonun pasında qapıçıyla təkbətək çıxan Bredli Barkola topu Eduard Mendinin başı üzərindən tora qovuşdurub.

95-ci dəqiqədə Seneqalın heyətində İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra Kilian Mbappe fantastik zərbə ilə yenidən fərqi 2 topa çatdırıb: 3:1.

Görüş bu hesabla da başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026