Çində dəhşətli yanğın olub.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, hadisə Tszyansi əyalətində çoxmərtəbəli binada qeydə alınıb.
Yanğın nəticəsində 39 nəfər ölüb, 9 nəfər yaralanıb.
Xilasetmə işləri davam edir, hadisənin səbəbləri araşdırılır.
Ölənlərin sayının artma ehtimalı var.
Murad Məmmədli
















