• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

DƏM QAZI KABUSU DAVAM EDİR: 29 yaşlı qadın öldü

HADİSƏ

14 Yanvar 2025 | 09:08

DƏM QAZI KABUSU DAVAM EDİR: 29 yaşlı qadın öldü

Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü axşam saatlarında rayonun Yengiyan kəndində baş verib.

    Belə ki, 1995-ci il təvəllüdlü Yengiyan kənd sakini Asiyət Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    A. Babayevanın ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, A. Babayeva rayonun Kəpənəkçi kəndində ərdə olub.

    O, bir il əvvəl yoldaşından ayrılaraq azyaşlı övladı ilə anasıgildə yaşayırdı.


    SON XƏBƏRLƏR

    14 Yanvar 2025