• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dənizdə boğulan şəxs dron vasitəsi ilə xilas edilib

DÜNYA

07 Avqust 2021 | 22:50 | Müəllif: Subhan Mahmudov

Dənizdə boğulan şəxs dron vasitəsi ilə xilas edilib

Rusiyada ilk dəfə olaraq pilotsuz uçan aparatının vasitəsi ilə dənizdə boğulan adam xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Anapa şəhərinin “Xilasetmə Xidməti”nin “Instaqram” səhifəsində məlumat verilib. 

Hadisə bu gün(yeddi avqust) Krasnodar diyarının Anapa şəhərinin mərkəzi çimərliyində baş verib.

Qeyd olunur ki, xüsusi izləmə sistemi dənizdə boğulmaq təhlükəsi ilə üzləşən adamı qeydə alıb.

Dərhal onun köməyinə pilotsuz uçan aparat göndərilib.

Dron bir neçə saniyə ərzində hadisə yerinə çataraq batmaqda olan kişinin düz qarşısına hava ilə doldurulan dairəni atıb.

Məhz onun sahəsində ölüm təhlükəsi ilə üz-üzə qalan şəxs xilasedicilərin gəlişinə qədər suyun üzərində qala bilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026