• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Deputat: Azərbaycan beynəlxalq arenada ciddi söz sahibidir

SİYASƏT

01 Aprel 2025 | 11:15

Deputat: Azərbaycan beynəlxalq arenada ciddi söz sahibidir

"Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” sərhəd zonalarında fəaliyyətini davam etdirir".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Azərbaycanla həmsərhəd ərazilərdə fəaliyyətini davam etdirdiyini bildirib.

Deputatın sözlərinə görə, bu cür addımlar növbəti dəfə cari ilin fevralın 13-də və martın 28-də Qubadlı və Laçın rayonlarının Ermənistanla sərhəd bölgələrində müşahidə edilib.

N. Səfərov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və ölkəmizə qarşı bu kimi təxribat xarakterli fəaliyyətlər heç bir nəticə verə bilməz.

“Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövləti kimi beynəlxalq arenada ciddi söz sahibidir və bütün məsələlərin ikitərəfli formatda, birbaşa müzakirələr yolu ilə həllinə üstünlük verir”, – deputat əlavə edib.

O qeyd edib ki, 30 illik dövr bir daha sübut etdi ki, keçmiş silahlı münaqişənin həllində beynəlxalq vasitəçilər, xüsusilə də ATƏT-in Minsk Qrupu heç bir nəticə əldə etməyib.

“Diqqətçəkən məqamlardan biri də odur ki, hazırda Avropa İttifaqının regional problemlərin həllinə təsiri minimum səviyyədədir. Bunu Ukrayna-Rusiya münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da görmək mümkündür. Belə ki, ABŞ və Rusiya arasında baş tutan müzakirələrdə Avropa İttifaqının aparıcı dövlətləri ümumiyyətlə iştirak etməyib. Bu isə Vaşinqtonun Avropa İttifaqının beynəlxalq hüquqi subyektliyinə şübhə ilə yanaşdığını göstərir”, – deyə N. Səfərov bildirib.


SON XƏBƏRLƏR