“44 günlük Vətən Müharibəsi dönəmində bizim, Türkiyə və Pakistanın bayraqlarını hər yerdən asırdılar. "Bayraq haqqında" qanuna da müəyyən mənada göz yumurduq ki, insanların vətənpərvərlik arzusu və istəyidir. Lakin indi baxırsan ki, istənilən yerdə bayrağı istənilən cür asıblar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirib.
Deputat rayonlarda istənilən binanın üzərində Azərbaycan və Türkiyənin bayraqlarının asıldığını qeyd edib: “Bir ticarət müəssisəində, bəlkə də, heç vətəndaşa düzgün xidmət etmir, Milli Qəhrəmanın böyük fotosunu asıb. Yaxud da, Azərbaycan bayrağını asıb, guya vətənpərvərdir, lakin əməli bununla üst-üstə düşmür".
Novruzov hesab edir ki, bunların qarşısını almaq üçün qəbul edilən qanunların nəzarət mexanizmi də təkmilləşdirilməlidir.
Bu sahədə cərimələrin də tətbiq olunmasının vacibliyini vurğulayan Siyavuş Novruzovun fikrincə, belə olan halda, vətəndaşların bu cür atributlardan sui-istifadə etməsinin qarşısı alınacaq.
Nuranə Daxilqızı










jpg-1653562772.webp)





