• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Deputatdan "Son zəng"lə bağlı SƏRT AÇIQLAMA - "Nazirlik hara baxır?"

CƏMİYYƏT

16 Iyun 2023 | 11:16

Deputatdan "Son zəng"lə bağlı SƏRT AÇIQLAMA - "Nazirlik hara baxır?"

“Ötən gün keçirilən “Son zəng” tədbirlərində kriminal aləmi vəsf edən mahnılar səsləndirildi. Nazirlik hara baxır?”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında deputat Naqif Həmzəyev bildirib.

“Məzun günündə təhsil müəssisələrində cinayətkar aləmə həsr edilən mahnıların səsləndirilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşıldı. Bu vəziyyətdən cəmiyyət narahatdır, - deyə N.Həmzəyev bildirib.

Milli Məclisin spikeri Sahibə Qafarova deputat N.Həmzəyevə bildirib ki, bu məsələ ilə bağlı görüntüləri müvafiq nazirliyə təqdim edilməldir. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR