Son zamanlar məşhurlaşan protez dırnaqlar və qalıcı dırnaq boyası tətbiqləri bir çox qadın tərəfindən seçilir. Mütəxəssislər praktikliyi təmin etdiyi düşünülən tətbiqlər zamanı istifadə edilən üsulların və kimyəvi maddələrin bir çox təsirə malik olduğunu bildirirlər.
Bakıvaxtı.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dırnaq qaynağının uzunmüddətli nəticələrinin bilinmədiyini bildirən İstanbul Təhsil və Araşdırma Xəstəxanası Baş Həkim müavini, Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsinin müdiri Dos. Dr. Nagehan Didem Sarı deyib ki, cərrahlar əməliyyat etməzdən əvvəl həmişə dırnaq əsaslarını fırçalayırlar. Onun sözlərinə görə, dırnaq, əslində, ölüdür, mikroblar ölü səthdə daha çox toplana bilər: “Dırnaq uzandıqda ətraf mühitə görə bədənlə təmasda olan dırnaq dibində bakteriyaların yığılması və çoxalması artır. Uzun dırnaqlar pis dırnaq kökləri səbəbindən insanın dərisinin zədələnmə riskini artırır. Daimi tətbiqlər çox gözəl görünür, amma, həqiqətən də, əziyyətlidir. Xüsusi boyalar istifadə edərək ultrabənövşəyi şüalar bərkidilir, kimyəvi və radiasiya proseslərindən istifadə edilir. Bunlar hamımız üçün zərərlidir".
Həkim qeyd edib ki, proses təkrar edildikdə dırnaq mayası pozulur: Manikür və pedikür prosedurlarında həmişə daha diqqətli olmalıyıq, qadınlar getdikləri yerin təmizliyinə əmin olmalıdırlar. Bu yolla ötürülən bir çox qan yoluxucu infeksiyalar var. Onlar getdikləri gözəllik mərkəzlərinin bu baxımdan gigiyenik olduğundan və istifadə olunan materialların birdəfəlik və ya ciddi şəkildə sterilizasiya edildiyindən əmin olmalıdırlar: “Xanımlar gənc yaşda uzun müddət kimyəvi maddələrə məruz qalırlar. Təmizlik və mikrob baxımından problemli bir vəziyyətdir. Yeni tətbiqlər həmişə cəlbedici olub, lakin onların hansı effekti verəcəyini gələcək göstərəcək. Söhbət xərçəngə səbəb olma ehtimalı olan bir şeydən gedir, çox uzun müddət belə bir təcrübə ilə məşğul olmamalarını tövsiyə edirəm".
"Uzun müddətli vəziyyəti bilmirik, 10 il keçməyincə aydın olmayacaq. Dırnaq ölü toxuma olsa da, onu havalandırmaq lazımdır. Daimi bağlandıqda dırnaqlar düşə bilər", - deyə həkim vurğulayıb.
Ay Tac
















