• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Devid Bekhemin xanımını kim ağlatdı?

MƏDƏNİYYƏT

03 Noyabr 2022 | 01:00 | Müəllif: Subhan Mahmudov

Devid Bekhemin xanımını kim ağlatdı?

48 yaşlı britaniyalı müğənni və dizayner Viktoriya Bekhem 2022-ci ilin sentyabrında Parisdəki şousunun debütü zamanı niyə ağladığını etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hello Magazine" yazıb.

Məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı həmin gün çox xoşbəxt olduğunu və uzun fasilədən sonra bütün ailəsinin bir araya gəldiyini bildirib.

"Mən şoudan dərhal sonra çıxıb uçuş-enmə zolağında şəkil çəkdirmək istədim. Amma Devidi, uşaqları, anamı, atamı və bacımı görəndə çox təsirləndim. Çünki ailə mənim üçün hər şeydir", - Viktoriya Bekhem etiraf edib.

Məlumat üçün bildirək ki, modelyeri izləməyə gələnlər arasında küsülü olduğu gəlini Nikol Peltç ilə oğlu Bruklin da olub. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026